TOP 10

Çempionlar Liqası: BATE və “Şerif”dən uğursuz start

Dünya Futbolu
Tarix: 2019-07-11 02:01

Futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, son oyun günündə də 8 qarşılaşma baş tutub.


Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” da mübarizəyə bu gün başlayıb. “Köhlən atlar” Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb. 


“Qarabağ” 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. Maraqlıdı ki, sözügedən komandalar da ilk oyundan qolsuz heç-heçəylə ayrılıblar.


Belarus çempionu BATE bu gün Polşa “Pyast”ını, Moldova “Şerif”i isə Gürcüstanın “Saburtalo” klubunu qəbul edb. BATE heç-heçəyə razılaşıbsa, “Şerif” darmadağına üzülüb.


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

9 iyul


Astana (Qazaxıstan) – ÇFR Kluj (Rumıniya) 1:0
Qol: Postnikov, 68.


Ararat (Ermənistan) – AİK (İsveç) 2:1
Qol: Avetisyan, 3-pen; 45 – Obasi, 39.


HİK (Finlandiya) – HB Torshavn (Farer adaları) 3:0
Qol: Lappalaynen, 21; 66. O’Şonessi, 42.


Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya) 0:1
Qol: İbrahimi, 81-pen.


Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya) 1:3
Qol: Oremus, 29 – Conston, 35. Eduard, 51. Sinkleyr, 85.


Valetta (Malta) – Düdelanj (Lüksemburq) 2:2
Qol: Bettayeb, 26. Stolz, 45 – Pekker, 64. Borq, 70.


Suduva (Litva) – Srvena Zvezda (Serbiya) 0:0


TNS (Uels) – Feronikeli (Kosovo) 2:2
Qol: Draper, 49-pen. Edvards, 77 – Zeka, 89. Fazliu, 90-pen.


10 iyul


Partizani (Albaniya) – Qarabağ (Azərbaycan) 0:0


BATE (Belarus) – Pyast (Polşa) 1:1
Qol: Draqun, 64 – Pajişek, 36.


Şerif (Moldova) – Saburtalo (Gürcüstan) 0:3
Qol: Roloviç, 30. Koxeridze, 67. Kakubava, 71.


Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan) 2:1
Qol: Nquen, 6. Prişkin, 65 – Şverçok, 31.


Slovan (Slovakiya) – Sutyeska (Monteneqro) 1:1
Qol: Sporar, 82 – Koyaseviç, 90.


Dandalk (İrlandiya) – Riqa (Latviya) 0:0


Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç) 0:2
Qol: Yensen, 22. Soderlund, 69. 


Valyur (İslandiya) – Maribor (Sloveniya) 0:3
Qol: Perişiç, 42. Hotiç, 60. Kronaveter, 86-pen.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB