TOP 10

Afrika Millətlər Kuboku: İlk yarımfinalçılar bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-07-11 00:55

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Öncə Seneqal və Benin yığmaları üz-üzə gəlib. Minimal hesabla qələbə qazanan seneqallılar ilk yarımfinalçı olublar.


Günün digər matçında Nigeriya yığması CAR kollektivi ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı qarşılaşmanın sonunda sevinən nigeriyalılar olub.


Afrika Millətlər Kuboku
1/4 final

10 iyul


Seneqal – Benin 1:0
Qol: Queye, 70.


Nigeriya – CAR 2:1
Qol: Çukvueze, 27. Trost-Ekonq, 89 – Zunqu, 71.


11 iyul


20:00. Fil Dişi Sahili - Əlcəzair
23:00. Madaqaskar - Tunis

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB