TOP 10

“Qəbələ”nin Boluda 2-ci sınağı

Futbol
Tarix: 2019-07-10 23:39

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxacaq. 
 

Komanda bu dəfə Ukraynanın digər təmsilçisi “Vorskla” ilə görüşəcək. İyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri gücünü Poltava klubu ilə matçda da sınayacaq. “Koru” otelinin meydançasındakı görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.


Əsası 1955-ci ildə qoyulan komanda 64 illik tarixində müxtəlif adlar altında çıxış edib. “Kolxoznik”, “Kolos”, “Selstroy”, “Stroitel”, “Vorskla-Nefteqaz” adlarını daşıyan komandanın uğurları Ukraynanın müstəqillik illərinə təsadüf edib. SSRİ-nin aşağı liqalarında oynayan Poltava təmsilçisi müstəqillik illərində Premyer Liqa həyəcanı da yaşayıb, nailiyyətlər də əldə edib. 2009-cu ildə Ukrayna kubokunu başı üzərinə qaldıran, həmin il Superkubokda qüvvəsini sınayan “Vorskla” iki dəfə - 1996/97 və 2017/18 mövsümlərində çempionatın bürünc mükafatçısı olub. Dəfələrlə avrokuboklarda oynamış komanda iki dəfə Avropa Liqasının qrupuna düşüb. Ötən mövsümdə Premyer Liqada 7-ci olan poltavalılar qitə səhnəsindən kənar qalıblar.


Yoxlama oyunu
11 iyul


12:00. Qəbələ - Vorskla
Bolu. “Koru” otelinin meydançası.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB