TOP 10

"Sperantsa"nın futbolçusu "Neftçi"yə qiymət verdi: "Avrokuboklarda debüt etdiyimizdən nəticə qazanmaq istəyirik"

Futbol
Tarix: 2019-07-10 21:14

Moldovanın "Sperantsa" klubunun futbolçusu İon Arabaci Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"ylə sabahkı matç haqda fikirlərini bildirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, 34 yaşlı moldovalı müdafiəçi mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını bildirib: "Oyuna ciddi hazırlaşmışıq. Bu, avrokuboklarda debütümüz olduğundan, yaxşı futbol göstərmək vacibdi. Təbii ki, nəticə də çox önəmlidi. Çünki ilk dəfədi Avropa Liqasında oynayırıq. Məşqçi heyətimiz bizə "Neftçi" haqda yetərincə məlumat verib. Yaxşı, texnikalı komandadı. Yaxşı oyun göstərərək azarkeşlərimizi qələbəylə sevindirmək istəyirik".

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB