TOP 10

Efros "Neftçi"nin güclü və zəif tərəflərini açıqladı: "Real"la oynasam belə, öz komandamı favorit sayacam"

Futbol
Tarix: 2019-07-10 21:08

Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristian Efros Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"ylə ilk oyunöncəsi mətbuat konfransı keçirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, 27 yaşlı moldovalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb. 

 

- Əlbəttə, bizim üçün vacib matçdı. İlk dəfədir avrokuboklarda çıxış edirik. Hər bir oyuna olduğu kimi, ciddi hazırlaşmışıq. Maksimum gücümüzü göstərməyə çalışacağıq.

 

- Sizcə, "Neftçi"nin ən təhlükəli futbolçusu kimdi?

- Hücumda əsasən sürətli futbolçuları var. Bundan qorxmalıyıq. Əsasən müdafiədə zəif cəhətləri var ki, bundan istifadə etməliyik.

 

- Bu oyunda favotri kimdi?

- Baş məşqçi olaraq hər bir matçda öz komandamı favorit sayıram. Hətta "Real"la görüşsəm belə. Üstəlik, bərabər səviyyəli rəqiblə oynayacağıq. Yaxşı fiziki formadayıq. Ümid edirik ki, qələbə qazanacağıq. 

 

- "Neftçi" qələbəsi sizin üçün gözlənilməz olacaq?

- Əlbəttə.

 

- Belə çıxır ki, rəqibinizin qələbəsini gözləmirsiniz?

- Niyə gözləməliyəm ki? "Neftçi"nin azarkeşi deyiləm ki... Öz komandanzıla bağlı sualları öz baş məşqçisinizə ünvanlayın. 

 

- İtaliyalı həmkarınız Roberto Bordinin bunadək Moldovada işləməsi sizə kömək ola bilər?

- Onun "Şeriif"iylə "Neftçi"sinin oxşar cəhətləri var. Bu da komandanın oyun təşkilindədi. Üstəlik, baş məşqçinin mentaletiteti var. Hər şeyi yaxşı bilriik. Bordin də bizi yaxşı tanıyır. Hər ikimiz eyni vəziyyətdəyik.

 

- "Neftçi"nin fransalı bombardiri Baqali Dabonun oynamaması sizə üstünlük verirmi?

- Ola bilər ki, hə, ola da bilər yox. Heç zaman əvvəldən bilmirsən ki, nə olacaq. Matça ciddi hazıralaşaraq dediyiniz amilə xüsusi diqqət yetirməmişik. 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB