TOP 10

Petrov ötənilki səhvləri təkrarlamaq istəmədiklərini açıqladı: "Bu, komanda daxilində sirr olaraq qalsın"

Futbol
Tarix: 2019-07-10 20:18

"Sperantsa" yaxşı rəqibdi, bir neçə oyununa baxmışıq. Sabahkı səfər ciddi hazırlaşmamışıq". Sport24.az-ön Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Neftçi"nin legioneri Kiril Petrov Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubunuyla oyunöncəsi mətbuat konfransında bildirib. 

 

Ukraynalı müdafiəçi bura yaxşı nəticə qazanmaq üçün gəldiklərini söyləyib: "Ötənilki səhvləri təkrarlamaq istəmirik. Rəqibi yaxşı təhlil etmişik, 90 dəqiqə sonadək vuruşmağa hazırıq".



Maraqlıdı, Petrov rəqibin hansı cəhətlərini qeyd edərdi? :"Bu, komanda daxilində sirr olaraq qalsın. Baş məşqçi nəzəri məşğələlərdə bizə rəqibin zəif və güclü nöqtələrini göstərib. Bunu oyun üçün saxlayacağıq və meydanda göstərmək istəyirik"

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB