TOP 10

“Səbail”in Essyendən başqa da yaxşı oyunçuları var”

Futbol
Tarix: 2019-07-10 20:17

"Növbəti raund haqda düşünmürük. Məqsədimiz "Səbail"i keçməkdir". Sport24.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya" komandasının futbolçusu Nikuşor Banku "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib.


Kapitan bildirib ki, azarkeşlər və rəhbərlik onlardan növbəti mərhələyə keçməyi gözləyir: "Komanda 100 faiz hazır olmasa da, əlimizdən gələni edəcəyik. Maykl Essyeni "Çelsi"dən tanıyırıq, çox yaxşı oyunçudur. Hazırda cavan yaşlarında olmasa da, təcrübəsi var. "Səbail"in Essyendən başqa da yaxşı oyunçular var. Onlara hörmətlə yanaşırıq. Matçdan sonra fürsət düşərsə, Essyenlə şəkil çəkdirərəm".

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB