TOP 10

Bordin "Sperantsa"nın prezidentinin açıqlamasını şərhsiz qoydu: "Məni burda məğlubiyyətdən başqa istənilən nəticə qane edəcək"

Futbol
Tarix: 2019-07-10 19:59

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubu ilə ilk oyunöncəsi mətbuat konfransı keçirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə sabahkı matç haqda fikirlərini bildirib. 

 

- Əlbəttə, bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burda yaxşı vaxtlarım keçib, “Şerif”lə uğurlar əldə etmişəm. Təbii ki, bizi sabah güclü rəqiblə matç gözləyir. Bunu dərk edərək ölkəyə tez gəlmişik. Məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdı.

 

- “Sperantsa”nın prezidenti Petru Efros Moldova mətbuatına deyib ki, biz pomidor satırıq, siz isə neft. Buna münasibətiniz necədi?

- Konkret bu fikri şərh etmək istəmirəm. Bunun futbola heç bir aidiyyatı yoxdu. Bura konkret vəzifələri həll etmək üçün gəlmişik.

 

- Baqali Daboyla Soni Mustivarın yoxluğu nə dərəcədə təsir göstərəcək?

- Əlbəttə, onlar təlim-məşq toplanışımızın ilk günündən bizimlə məşq etmirlər. Komandanı onlarsız hazırlaşdırmışıq. Yay transferimiz olan Stiven Monroz yaxşı futbolçudu. Komandada hər mövqedə yaxşı oyunçularımız, güclü rəqabət var. Zədəlilərimiz yaxşıdırlar, anacq indi hazır olanlara diqqəti yönəltmişik.

 

- “Neftçi”ni Avropa Liqasında ardıcıl 2-ci il çıxaracaqsınız. Komandanı kökləyə bilmisinizmi?

- Əlbəttə, əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Komandanı yaxşı kökləmişik. Ola bilsin ki, rəqibin fiziki duruma daha yaxşı ola bilər. Çünki çempionatları gedir, ritmi tutublar. Ancaq biz də yay toplanışını yaxşı keçmişik. 

 

- Yeni gələn futbolçularınızın ilk matçı səfərdədi. Bu, onlar üçün əlavə üstünlükdü, yoxsa...?

-  Onların hər bir komandaya yaxşı uyğunlaşdılar. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Məncə, fərq etmir səfərdə başlamaq, yoxsa evdə. Çünki Avroliqa fərqli turnirdi, motivasiya başqadı. 

 

- Səfər matçında hansı nəticə siz qane edəcək?

-  Məğlubiyyətdən başqa istənilən nəticə. Ancaq onu da nəzərə almalıyıq ki, bu turnirlərdə qalib 2 oyundan ibarət olur.

 

-  Bordin amili “Neftçi” üçün üstülük ola bilər, yoxsa onun yaxşı tanıyan rəqib?

- Əlbəttə, rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. Düzdür, bəzi mövqelərdə futbolçuları dəyişilib. Ola bilər ki, “Sperantsa” ilk dəqiqələrdən pressinq edə, hücuma atıla, rəqibinə çətinliklər yarada bilər. Moldova klubuna hörmətlə yanaşırırq. Ancaq qarşıdakı matça hazırıq və yerinə yetiriləsi vəzifələrimiz var. 

 

- Moldovadan gedəndən sonra buranın futboluyla, “Sperantsa” ilə nə dərəcədə maraqlanmısınız?

- Konkret maraqlanmamışam. Ancaq rəqibi yetərincə təhlil etmişik.

 

- Neçə kilometr yol qət edərək Moldovaya gələn “Forza Neftçi”yə sözünüz...

- Əlbəttə, hər oyunda olduğu kimi, azarkeşlərimizə gözəl oyun göstərib, onları sevindirmək istəyirik. Buna maksimum çalışacağıq. İnanıram ki, ilk oyundan sonra uğurlu nəticəni qeyd etmək imkanımız olacaq. Fanatlarımız keçən mövsüm olduğu kimi, hər zaman bizi dəstəkləyiblər və bu, bizə motivasiya verir. 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB