TOP 10

Mozambik millisinin forvardı rəsmən “Qəbələ”də

Futbol
Tarix: 2019-07-10 19:38

Növbəti mövsümə hazırlığı davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Sport24.az xəbər verir ki, daha öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatan “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.


1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına "Ferroviariu" klubunda başlayıb. Ardınca o, "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib. 


Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB