TOP 10

“Fənərbaxça”dan daha bir transfer

Dünya Futbolu
Tarix: 2019-07-10 16:30

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi TFF 1-ci liqada çıxış edən “Ümraniyəsspor”un sol cinah müdafiəçisi Yasir Subaşını transfer edib.


Bu barədə “Ümraniyəspor”un mətbuat xidməti məlumat yayıb. “Fənərbaxça” isə hələlik 23 yaşlı futbolçunun keçidini rəsmən açıqlamayıb. Tərəflərin tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.


Yasir Subaşı məhz “Fənərbaxça”nın yetirməsidi. O, daha öncə “Sakaryaspor” və “Anadolu Üsküdarspor” klublarında da forma geyinib. 23 yaşlı futbolçu 2018-ci ilin yayında “Fənərbaxça”dan ayrılaraq azad agent statusunda “Ümraniyəspor”a keçmişdi. O, geridə qalan mövsümdə 14 çempionat, 10 kubok oyununda iştirak edib.


“Fənərbaxça” bu yay Yasir Subaşıdan başqa Vedat Muriqi, Maks Kruse, Əmrə Bəlözoğlu, Murat Sağlam, Altay Bayındır və Allahyar Sayyedmaneşi də transfer edib.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB