TOP 10

Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi

Dünya Futbolu
Tarix: 2019-07-10 13:25

Son olaraq “Benfika”da forma geyinən Jonas, futbolçu karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin rəsmi “tvitter” hesabı məlumat yayıb. 

 

35 yaşlı hücumçu bir müddət əvvəl daha bir il futbol oynamaq istədiyini desə də, qərarını dəyişib və karyerasını bitirib.

 

Jonas Braziliyanın “Quarani” klubunun yetirməsi olub. Daha sonra “Santos”, “Qremio” kimi klublarda çıxış edən hücumçu, 2011-2014-cü illər aralığında “Valensiya”nın uğurları üçün çalışıb. Jonas, 2014-cü ildən isə “Benfika”da çıxış edirdi. O, 12 dəfə formasını geyindiyi Braziliya millisində 3 qol vurub.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB