TOP 10

“Qarabağ” ÇL-ə heç-heçə ilə başladı

Futbol
Tarix: 2019-07-10 21:19

Futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da bu gün ilk oyununa çıxıb. 


Ağdam təmsilçisi səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Tiranadakı “Selman Stermasi” stadionunda təşkil olunan qarşılaşmada hesab açılmayıb.


Komandalar arasındakı cavab oyunu iyulun 17-də, “Dalğa Arena”da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

10 iyul


Partizani – Qarabağ 0:0
Baş hakim: Holvardur Arnason (İslandiya)
Tirana. “Selman Stermasi” stadionu.


Partizani: 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 7. Erald Çinari, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Villiam Kordeyro, 33. Eneo Bitri, 90. Emmanuel Mensa.
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broxa, 9. Teofilus Solomon, 18. Lukas, 19. Lorens Traşi, 38. Kristi Kote, 99. Brayan Braun.
Baş məşqçi: Franko Lerda.
Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı.
Baş məşqçi: Qurban Qurbanov.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB