TOP 10

Avrokuboklarda 24-cü, "Qarabağ"la ardıcıl 6-cı start - Qurban Qurbanovun komandasının ÇL-də seriyası davam edəcəkmi?

Futbol
Tarix: 2019-07-10 10:00

Bu gün Azərbaycan üçün avrokuboklarda yeni - sayca 24-cü mövsüm start götürür. Sport24.az xəbər verir ki, 2019/20 mövsümünü də, ümumiyyətlə, ardıcıl 6-cı ildi mövsümü Çempionlar Liqasında (ÇL) məhz "Qarabağ"la açırıq. Ağdam təmsilçisi Tiranada "Partizani"nin qonağı olacaq. 

 

Özü də ardıcıl 2-ci il səfərdə. Qurban Qurbanovun komandası ötən il Sloveniyada "Olimpiya"nı haitili sol cinah müdafiəçisi Donald Geryenin sona yaxın vurduğu yeganə qoluyla məğlub etmişdi. Bir həftə sonra Bakıdakı cavab matçı qolsuz bərabərliklə nəticələndiyindən, bu, yekunda qələbə topu olmuşdu. Ancaq bu dəfə Gerye millidə olduğundan, "Qarabağ"la Avstriyadakı təlim-məşq toplanışını keçmədi və istirahətdən yeni qayıdıb. Bu üzdən onun bu dəfə yeni mövsümün ilk qarşılaşmasında meydana çıxması belə real görünmür. 

 

"Qarabağ"ın arxada qalan 5 cəhdinin hamısı qrupa düşmək baxımından uğurlu olub. Bunun 4-də Avropa Liqasının əsas mərhələsinədək irəliləyən "süvarilər" ÇL qrupunda ölkəmizin ilk və hələ ki yeganə təmsilçisi olaraq qalır. Bir maraqlı məqam da var ki, "Qarabağ" indiyədək heç vaxt ÇL-də yeni mövsümə məğlubiyyətlə başlamayıb. Bu, ən pis halda bərabərlik olub və yekunda Qurban Qurbanovun yetirmələri ilk mərhələni adlayıb. 

 

Azərbaycanla Albaniya  klubları 4-cü dəfə avrokuboklarda rəqib olaraq daha çox ÇL-də görüşüb. Təsadüfi deyil ki, bu, artıq 3-cü dəfə belə olacaq. Elə son duel də məhz "Qarabağ"la bağlıdı. Belə ki, Qurban Qurbanovun komandası ötən mövsüm bu turnirin II təsnifat mərhələsində Albaniya vitse-çempionu "Kukesi"ylə düşmüşdü. Bu da Albaniya çempionu "Skenderbeu"nun UEFA tərəfindən avrokubokardan kənarlaşdırılmasıyla bağlı idi.

 

Albaniyada qolsuz bərabərliyə qalan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda cavab matçında mərhələ keçmək vəzifəsini darmadağınla yerinə yetirdi - 3:0. Təmsilçimizdən ispaniyalı yarımmüdafiəçi Dani Kintana dubla penaltilərlə nail oldu, daha bir qolu isə hələ qış fasiləsində əsas komandadan kənarlaşdırılan konqolu hücumçu Con Delarj imza atdı.

 

Klublarımız albanlarla avrokuboklarda ilk dəfə 2013-cü ildə görüşüb. Onda "Neftçi" "Skenderbu"ya yenilmişdi - evdə 0:0, səfərdə əlavə vaxtda 0:1. Bundan 2 il sonra "İnter" Albaniyanın "Laçi" klubunu səfər qoluyla keçib - səfərdə 1:1, evdə 0:0. Sonda cütün qalibi olmağa imkan verən qolumuzun müəllifi gürcü yarımmüdafiəçi Nika Kvekveskiri olub.

 

"Qarabağ" bu dəfə də ilk matçı səfərdə keçirəcək. Göründüyü kimi, albanlarla mübarizəyə rəqib meydanında başlayanda bir qayda olaraq cütün qalibi olmuşuq. 

 

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB