TOP 10

Qurbanov üçün start 11-lik

Futbol
Tarix: 2019-07-10 12:00

Bu gün Avrokubok mövsümü Azərbaycan klubları üçün də start götürür. Ölkəmiz ilk olaraq “Qarabağ”ın timsalında təmsil olunacaq. Tiranada Albaniya “Partizani”sinin qonağı olacaq Qurban Qurbanovun komandasında ilk dəqiqələrdən kimləri görə bilərik? Sport24.az öz versiyasını təqdim edir.

 

Qapıda Vaqner da Silvanın yer alacağına şübhə yoxdu. Müdafiənin solunda Donald Gerye daha şanslı görünə bilərdi. Lakin Haiti yığmasının heyətində KONKAKAF Kubokunda çıxış etmiş cinah oyunçusu ağdamlıların təlim-məşq toplanışında iştirak etmədi. Çətin ki, belə bir vəziyyətdə baş məşqçi ilk dəqiqələrdən Donalda güvənsin. Belədə, ağdamlıların “təcili yardım”ı - Maksim Medvedev sol cinahi bağlamalı olacaq. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovun oynayacağına şübhə etmirik. Elə onunla tandem təşkil edəcək oyunçunu proqnozlaşdırmaq da çətin deyil. Zədəli Bədavi Hüseynovun yoxluğunda bu mövqedə Rahil Məmmədovdan başqa namizəd qalmır. Maksın sol cinahda oynayacağını nəzərə alsaq, ilk dəqiqələrdən sağ cinahda Abbas Hüseynova şans tanınacaq.

 

Yarımmüdafiəçilərə gəlincə, fikrimizcə, mərkəzdə Miçel-Almeyda-Ozobic triosu qərarlaşacaq. Yarımmüdafiənin qanadlarına gəlincə, Abdulla Zubir soldan, Dani Kintana isə sağdan öz hiyləgər “torları”nı hörəcəklər. Əlbəttə, Qurban Qurbanovun ixtiyarında yeni transfer Xayme Romero da var. Ancaq Romeronun dərhal start heyətində meydana çıxacağına inanmırıq.

 

Nəhayət, hücum xətti haqda. Seçim demək olar ki yoxdu. Bəli, Araz Abdullayev fors-major hallarda mərkəz hücumçusu mövqeyində çıxış edib. Ancaq indiki halda Mahir Emrelinin hücumun sivri ucunda qərarlaşacağına şübhə etmirik.

 

Beləliklə, “Qarabağ”ın ilk 11-liyini bu formada görürük:

 

Qapıçı: Vaqner da Silva;

 

Müdafiəçilər: Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Abbas Hüseynov;

 

Yarımmüdafiəçilər: Abdulla Zubir, Mıçel Madera, Riçard Almeyda, Filip Ozobiç, Dani Kintana;

 

Hücumçu: Mahir Emreli. 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB