TOP 10

Əmrə Mor “Qalatasaray”da

Dünya Futbolu
Tarix: 2019-07-10 11:00

Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi İspaniyanın “Selta” klubunda forma geyinən Əmrə Moru transfer edir.


Türkiyə mətbuatının yazdığına görə, İstanbula gətirilən futbolçunun özü ilə anlaşma əldə olunub. Hazırda “Selta” rəhbərliyi ilə danışıqlar gedir.


Danimarkada məşhurlaşmağa başlayan Əmrə Mor 2016-cı ildə Dortmund “Borussiya”sına transfer olunmuşdu. Amma Almaniya klubunda mütəmadi oynamaq şansı qazanmayan 21 yaşlı futbolçu, cəmi 1 il sonra 14 milyon avro qarşılığında “Selta”ya üz tutmuşdu.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB