TOP 10

“Qarabağ” Albaniyada son məşqə çıxdı

Futbol
Tarix: 2019-07-10 00:07

Azərbaycan çempionu “Qarabağ” bu gün – iyulun 10-da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Ağdam klubu oyundan bir gün əvvəl qarşılaşmanın keçiriləcəyi “Selman Stermazi” stadionunda son məşqinə çıxıb. 


Yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 19:30) başlayan məşq təxminən 1 saat davam edib. Futbolçular toplu çalışmalarla oyunun hazırlığını yekunlaşdırıb. 


Zədəli futbolçu Bədavi Hüseynov isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB