TOP 10

“Real” Zidanın oğlunu icarəyə göndərdi

Dünya Futbolu
Tarix: 2019-07-10 09:00

İspaniyanın “Real” klubu qapıçısı Luka Zidanı Sequnda Liqada mübarizə aparan “Rasinq”ə icarəyə verib. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.


Əsas komandanın baş məşqçisi Zinədin Zidanın oğlu olan 21 yaşlı futbolçu 3-cü liqada mübarizə aparan “Real Kastilya”nın şərəfini qorusa da, arabir əsas komanda ilə də məşqə edirdi. O, hətta “Real”ın əsas komandasında iki oyuna da çıxıb. Lakin yeni mövsümdə qapı xətti ilə bağlı rəqabətin güclü olduğunu görən Zidan, oğlunun başqa komandaya icarəyə göndərilməsinə qərar verib. Beləliklə, Luka Zidan 2020-ci ilin iyun ayının 30-na qədər “Rasinq”də icarədə olacaq.


Qeyd edək ki, yeni mövsümün hazırlığına başlayan "Real" bu gündən etibarən təlim-məşq toplanışı üçün Kanada və ABŞ turuna çıxıb. Baş məşqçi Zinəddin Zidan hazırlıqda 29 futbolçunu yoxlayacaq. Onun sərəncamında 4 qapıçı olacaq - Tibo Kurtua, Keylor Navas, Andrey Lunin və Altube.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB