TOP 10

Yığmamız EYOF-a Bakıda hazırlaşır

Güləş
Tarix: 2019-07-09 18:25

Xəbər verdiyimiz kimi, iyulun 21-dən 23-dək Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları keçiriləcək. Sport24.az xəbər verir ki, yeniyetmə qızlardan ibarət yığmamız iyulun ilk günlərindən Olimpiya Güləş Mərkəzində festival ərəfəsində son təlim-məşq toplanışına başlayıb. 


Komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. TMT iyulun 17-dək davam edəcək. Daha sonra millimiz Atletlər Kəndində məskunlaşaraq yarışın startını gözləyəcək. Xatırladaq ki, yeniyetmə sərbəst güləşçilər Xaçmazda, yunan-Roma güləşçilərimiz isə Göygöldə TMT keçir.


Qeyd edək ki, EYOF çərçivəsində güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Qızlar 46, 49, 51, 53, 57 və 65 kq-da, oğlanlar isə 45, 48, 51, 55, 60 və 65 kq-da çıxış edəcək. Güləş yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB