TOP 10

“Neftçi”ni Avroliqadan kənarlaşdırmış komandanın futbolçusu “Keşlə”də - 191sm-lik cəngavər

Futbol
Tarix: 2019-07-09 11:10

“Keşlə” daha bir futbolçuyla anlaşıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi son mövsümü Macarıstan “Uypeşt”ində keçirmiş Miyuşko Bojoviçlə ortaq məxrəcə gəlib.

 

31 yaşlı mərkəz müdafiəçisi azərbaycanlı futbolsevərlərə tanış simadı. O, ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirilən hər iki görüşü əvəz olunmadan keçirib. Elə II təsnifat mərhələsində İspaniya “Sevilya”sına qarşı matçlarda da Bojoviç 90 dəqiqə meydanda olub.

 

Çernoqoriyanın U-21 yığmasında 10 oyun keçirmiş və 1 qola imza atmış 191 sm boya sahib futbolçu karyerasına Vətənində - “Rudar” klubunda başlayıb. 2006-2010-cu illərdə bu komandanın sıralarında 45 matç keçirən Bojoviç daha sonra Belçikanın “Şarlerua” və “Beveren” kollektivlərində çıxış edib. 2017-ci ildən “Uypeşt” formasını geyinmiş müdafiəçi bu komandanın heyətində 32 matçda iştirak edib.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB