TOP 10

Millimiz Olimpiya Festivalına Xaçmazda hazırlaşır

Güləş
Tarix: 2019-07-08 20:29

İyulun 21-də Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı start götürəcək. Sport24.az xəbər verir ki, festivalın proqramında yer alan idman növlərindən biri də güləşdir. 

 

Yeniyetmələrdən ibarət yığmalarımız festivala hazırlığın son mərhələsindədir. Yunan-Roma güləşçilərimiz Göygöldə təlim-məşq toplanışı keçirsə, sərbəst güləşçilər hazırlığı Xaçmazda davam etdirir. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Abil İbrahimovun rəhbərliyi altında 22 yeniyetmə sərbəst güləşçi iyulun 3-dən Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Daha çox fiziki hazırlığın ön planda olduğu TMT iyulun 17-dək davam edəcək.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB