TOP 10

“Qarabağ” və “Səbail”in səfər qarşılaşmaları mavi ekranda, Moldovadan da xəbər var

Futbol
Tarix: 2019-07-08 12:07

“Təmsilçilərimizdən ikisinin səfər oyunlarının yayımı ilə bağlı məsələ həll olundu. Bir tək “Neftçi”nin Moldovadakı oyununa dair hələ də konkret söz deyə bilmirəm”. Bunu Sport24.az-a açıqlamasında “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov deyib.

 

Həmkarımız “Qarabağ”ın Albaniyada, “Səbail”in isə Rumıniyadakı qarşılaşmalarının yayımına dair məsələnin həll olunduğunu bildirdi: “Həm “Partizani” - “Qarabağ”, həm də “Unversitatya Krayova” - “Səbail” matçını nümayiş etdirəcəyik”.

 

O ki qaldı “Sperantsa” - “Neftçi” oyununa, bu yöndə də irəliləyiş var: “Moldovada oyun yayımlanmayacaq. Ancaq internet üzərindən çəkiliş aparmaq variantı qalır. Hazırda bu yöndə danışıqlar davam edir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək”.

 

 

CEYHUN ƏLİYEV

CBCsport
01 Iyun 2020
31 May 2020
B.eÇ.aÇC.aCŞB