TOP 10

"Qarabağ"dan Şotlandiya klubuna 200 min funt sterlinq transfer təklifi

Futbol
Tarix: 2019-07-08 10:59

Şotlandiyanın "Sent-Mirren” klubunun qapıçısı Vatslav Qladkinin "Qarabağ"a transfer xəbəri yenidən gündəmə gəlib. Sport24.az "The Scottish Sun”a istinadən xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz çexiyalı qolkiper üçün 200 min funt sterlinq təklifi edib.

 

Amma qapıçının müqaviləylə məxsus olduğu Şotlandiya klubu bu təklifi qəbul etməyib. "Sent-Mirren” 29 yaşlı qapıçını daha böyük məbləğə satmaq istəyir. 

 

"Qarabağ"ın futbolçuya hazırkı əmək haqqının 6 qatını verməyə hazır olduğu da qeyd olunur. Buna görə də Azərbaycan çempionunun Qladkinin transferi üçün "Sent-Mirren”ə daha yaxşı təklif irəli sürəcəyi gözlənilir.

 

Vatslav 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan” klubunun heyətində yer alsa da, "Qarabağ”la hər iki matçda ehtiyatda qalıb. O, bu ilin yanvarında "Slovan"dan "Sent-Mirren”ə transfer olunaraq 21 oyun keçirib.

 

Xatırladaq ki, Vatslavın adı ötən yay da "Qarabağ" ətrafında hallanırdı. Həmin vaxt Moskva "Spartak"ı və İngiltərənin iki klubundan təklif alan təcrübıli qolkiperə ən yüksək maaş verən məhz Azərbaycan çempionu olsa da, gəlməkdən imtina edib. Bunun səbəbi çempionatın səviyyəsi, klub sayının və azarkeş azlığı göstərilmişdi. 

 

 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB