TOP 10

“Qəbələ” Ukrayna klubuna qalib gəldi

Futbol
Tarix: 2019-07-07 20:15

Növbəti mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” bu gün yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağına çıxıb. 


“Qəbələ” toplanışın 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşıb. Azərbaycanı Avropa Liqasında təmsil edəcək ölkə kubokunun qalibi bu qarşılaşmadan qələbəylə ayrılıb.


Yoxlama oyunu
7 iyul


Qəbələ – Mariupol 2:1
Qol: Ü.İsgəndərli, 2. R.Hüseynov, 17 - Fomin, 34-pen.
Hendek Atatürk stadionu.


Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB