TOP 10

Millimizin baş məşqçisi: "Məni iki məsələ düşündürür..."

Voleybol
Tarix: 2019-07-05 15:00

Bu ilin avqustun 1-dən 3-dək Braziliyada təşkil olunan Olimpiya təsnifat mərhələsində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara davam edir. Sport24.az xəbər verir ki, D qrupunda mübarizə aparacaq yığmamızın baş məşqçisi Covanni Kaprara hazırlıqdan və təsnifat mərhələsindəki rəqibləri haqqında danışıb: "Artıq iki həftədir ki, hazırlıqlara başlamışıq. Bir məşqçi olaraq məni iki məslə düşündürür. İlk olaraq biz komanda olaraq birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq. Olimpiya təsnifat oyunlarında rəqiblərimiz haqqında isə bunu deyə bilərəm ki, Brazilya millisinin təqdimata ehtiyacı yoxdur, Dominikan Respublikasının yığma komandası son illər çox irəliləyib, Kamerun komandası da dünya çempionatında pis təsir bağışlamadı. Bir sözlə bizim üçün çətin olacaq. Buna baxmayaraq qrup mərhələsini keçməyə çalışacağıq".

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB