TOP 10

Miçel təkzib edir: “AFFA-dan mənə heç bir təklif gəlməyib”

Futbol
Tarix: 2019-07-01 16:58

“AFFA-dan mənə Azərbaycan millisinin şərəfini qorumaqla bağlı heç bir təklif gəlməyib”, bu sözləri Sport24.az-a verdiyi açıqlamada “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel Madera bildirib.

 

34 yaşlı futbolçu fikirlərini daha sonra bu cür davam etdirib: “Azərbaycanda 4 ildir ki, çıxış edirəm. Ən yaxşı halda millinizin şərəfini 1 ildən sonra qorumaq hüququ əldə edəcəm. Həmin vaxt artıq 35 yaşım olacaq. Bu yaşda ancaq klub karyeramı fikirləşə bilərəm. Yəni, belə bir təklif gəlsə də, onu qəbul etmərəm”.

 

Hazırda “Qarabağ”la Avstriya toplanışında olan Miçel sonda “La Nueva Espana” nəşrində dərc olunan yazıya da toxunub: “Həmin nəşr dünyaya gəldiyim Asturiya bölgəsində dərc olunur. Bu üzdən də məni yaxından tanıyırlar və daim diqqət mərkəzində saxlayırlar”.

 

Qeyd edək ki, daha öncə AFFA-nin mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da “Azərbaycan Radiosu”na verdiyi açıqlamada assosiasiyanın Miçelə heç bir təklif göndərmədiyini bildirib.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB