TOP 10

Azərbaycan millisi Avropa üçüncüsü oldu

Güləş
Tarix: 2019-06-30 23:00

Polşanın Krakov şəhərində keçirilən 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub. Sport24.az xəbər verir ki, son gündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib. 
 

Fərahim Mustafayev (38 kq) və Təvəkkül Həziyev (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Cocu Səmədov (75 kq) gümüş, Rahim Həsənov (38 kq), Pərviz Dadaşov (41 kq) və Fərid Xəlilov (52 kq) isə bürünc medal qazanıb. 


Beləliklə, komandamız qitə birinciliyini 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) medalla başa vurub. Bununla da yığmamız komanda hesabında Avropa üçüncüsü olub.
 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB