TOP 10

Rafael Ağayevlə Firdovsi Fərzəliyev Minskdə ikinci oldu

Digər
Tarix: 2019-06-30 19:31

Azərbaycan karateçiləri Rafael Ağayev və Firdovsi Fərzəliyev Belarusun paytaxtı Minskdə təşkil olunan Avropa Oyunlarının son günündə ölkəmizə daha iki medal qazandırıb. Sport24.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə qarşılaşıb. Həlledici görüşdə məğlub olan karateçimiz gümüş medalla kifayətlənib. O, yarımfinalda Pavel Artamanova (Rusiya) qalib gələrək finala yüksəlmişdi.


60 kq çəki dərəcəsində mübarizə aparan digər karateçimiz Firdovsi Fərzəliyev isə finalda Kalvis Kalninslə (Latviya) üz-üzə gəlib və uduzub.


Beləliklə, Azərbaycan idmançıları ikinci Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB