TOP 10

"Neftçi" Türkiyə toplanışını məğlubiyyətlə bitirdi

Futbol
Tarix: 2019-06-30 16:54

Bu gün "Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, Avropa Liqasındakı təmsilçimiz "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” klubu ilə qarşılaşıb.

 

"Neftçi" erkən qol buraxdığı matçda fasiləyədək hesabda irəli də çıxmağı bacarsa da, ikinci hissədə iki dəfə qapısında top görərək sonda meydanı məğlub tərlk edib. Təmsilçimiz sabah Vətənə dönür.

 

Xatırladaq ki, Roberto Bordinin komandası ilk sınaq matçında “OİK-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib, ardından Rumıniyanın “Politexnika İaşi” klubu ilə qarşılaşması güclü duman səbəbindən 11-ci dəqiqədə yarımçıq dayandırılıb. 

 

 

 

30 iyun

Yoxlama matçı

15:00. "Neftçi" - "Vorskla" (Ukrayna) 2:3 

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

 

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

 

 

1’ Oyun başlandı.

3’ Rəqinin hücumu zamanı Səlahət Ağayev topu çətinliklə küncə çıxardı.

’ Vanqelis Platellasın künc zərbəsindən ötürdüyü topu topu Rauf Əliyev başla Stiven Jozef-Monroza ötürdü. Monrozun başla zərbəsindən sonra top qapının üstündən keçdi.

9’ Rəqib komandanın cinahla hücumu qolla nəticələndi – 0:1.

22’ Vanqelis Platellasın cərimə zərbəsindən ötürdüyü topu Stiven Jozef-Monroz yaxın məsafədən qapıya göndərsə də, qapıçı topu tutdu.

24’ Ömər Buludovun cinahdan ötürdüyü topu Rauf Əliyevin başla qapıdan keçirməsi üçün azacıq dəqiqlik çatmadı.

28’ Dario Frederionun cərimə meydançasının daxilindən vurduğu top qapıdan azca aralı keçdi.

29’ QOOOL! İki rəqibini geridə qoyan Dario Fdererikonun ötürməsindən sonra Vanqelis Platellas küncü dəqiq nişan aldı – 1:1.

33’ QOOOL! Rəqibin cərimə meydanına daxil olan Dario Frederiko müdafiəçini aldadaraq topu yaxın küncə göndərdi – 2:1.

45’ İlk hissə başa çatdı.

 

 

46’ İkinci hissə başlandı.

57’ Vanqelis Platellası Rəhman Hacıyev, Dario Frederikonu Namik Ələskərov, Kirilo Petrovu Mamadu Mbodj, Ömər Buludovu Tural Axundov əvəzləyir.

60’ Rəhman Hacıyevin ötürdüyü topu Stiven Jozef-Monroz qapının üstündən vurdu.

68’ Rauf Əliyevin ötürməsindən sonra Namik Ələskərovun vurduğu topu qapıçı tutdu.

70’ Rauf Əliyevin əvəzinə meydana İsmayıl Zülfüqarlı daxil olur.

72’ Künc zərbəsindən sonra rəqib futbolçu başla fərqləndi – 2:2.

83’ Rəqibin təhlükəli hücumu zamanı əvvəlcə Səlahət Ağayev, sonra isə qapı dirəyi komandamızı qoldan silas etdi.

88’ Səlahət Ağayev bu dəfə küncə göndərilmiş topu tutmağı bacardı.

90’ Səlahət Ağayev yenə də rəqibin fərqlənməsinin qarşısını aldı.

90+2’ Rəqib komanda penalti zərbəsi ilə fərqləndi – 2:3.

90+3’ Oyun başa çatdı.

 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB