TOP 10

"Qəbələ"nin yeni kapitanı kim olacaq? - baş məşqçi açıqladı

Cüdo
Tarix: 2019-06-29 23:02

"Qəbələ"dən ötən mövsüm bitəndən sonra gedən futbolçular arasında kapitanı, vitse-kapitanları da oldu. Belə ki, kapitan Cavid Hüseynov "Zirə"yə, vitse-kapitan Ürfan Abbasov "Səbail"ə keçdi. Daha bir vitse-kapitan Asif Məmmədov isə yeni mövsümə hazırlıq çərçivəsində hələ də düşərgədə deyil. 33 yaşlı yarımmüdafiəçi yeni müqavilə təklifini hələ ki qəbul etməyərək gələcək karyerasını götür-qoy edir. 

 

Belə olan halda, Avropa Liqasındakı təmsilçimizdə yeni kapitanın kim olacağı maraq doğurur. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında iki futbolçu arasında seçim etdiklərini bildirib: "İki təcrübəli futbolçumuz qalıb ki, bunlar qapıçı Anar Nəzirovla müdafiəçi Rasim Ramaldanovdu. Kapitanlığı bu iki futbolçu arasında bölüşdürəcəyik. "Zirə"ylə bugünkü yoxlama matçında komandanı kapitan kimi meydana Anar çıxardı. O, əsas kapitanımız, Rasim isə vitse-kapitanımız olacaq. Hər iki futbolçunun əvvəlllər kaptanlıq təcrübəsi olub".

 

Nəzirov son 2 ildə "Zirə"də kapitan olubsa, Ramaldanov hələ "Simurq"da çıxış etdiyi vaxtda bu sarğını daşıyıb. Rasim Zirədəki bugünkü görüşü kənardan izlədiyindən Anar fasilədə əvəzlənəndən sonra kapitan yay fasiləsində "Qəbələ"yə qayıdan müdafiəçi Sadiq Quliyev olub. 

 

 

MEHMAN SÜLEYMANOV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB