TOP 10

İslam Abbasov Avropa Oyunlarının finalında!

Güləş
Tarix: 2019-06-29 21:32

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları sona yaxınlaşır. Sport24.az xəbər verir ki, bu gün son 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.


Avropa çempionatının gümüş medalçısı İslam Abbasov ilk mərhələdə Serbiya təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz 1/4 finalda Avropa çempionu və iki dəfə dünya 3-cüsü olmuş macar həmkarından güclü olub və adını yarımfinala yazdırıb. Xorvatiya təmsilçisinə də şans tanımayan İslam finala vəsiqə qazanıb.


Orxan Nuriyev debütdə avstriyalı rəqiblə bacarmayıb.


Sabah Şəriəti ilk görüşdə xorvat idmançını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda Gürcüstan pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşə vəsiqə qazanıb.


Qeyd edək ki, təsəlliverici və medal qarşılaşmaları iyunun 30-da Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


87 kq
1/8 final - İslam Abbasov - Nikolay Dobrev (SRB) 8:0
1/4 final - İslam Abbasov - Viktor Lorints (HUN) 3:0
1/2 final - İslam Abbasov - İvan Huklek (CRO) 5:0
FİNAL - İslam Abbasov - Jan Belenyuk (UKR)


97 kq
1/8 final - Orxan Nuriyev - Daniel Qastl (AUT) 2:7


130 kq
1/8 final - Sabah Şəriəti - Ante Milkoviç (CRO) 3:0
1/4 final - Sabah Şəriəti - Yakobi Kayaxa (GEO) 4:10
Təsəlliverici görüş - Sabah Şəriəti - Romas Fridrikas (LTU)

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB