TOP 10

“Qarabağ” axtardığı hücumçunu Kamerun yığmasında tapdı, bütün məsələləri həll etdi, amma..

Futbol
Tarix: 2019-06-28 12:12

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın transfer etmək istədiyi Braziliya “Kruzeyro”sunun yetirməsi Diderrik Joel Taqeu Tacunun (Joel) keçidi baş tutmayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçunun səhhətindəki problem bu transferin reallaşmasını əngəlləyib.

 

Kamerun yığmasının heyətində Afrika Millətlər Kubokuna hazırlaşan Joel millisin heyətində hər iki yoxlama oyununda meydana çıxıb. İyunun 9-da Zimbabve, 14-də isə Mali yığmasına qarşı görüşdə ikinci hissədə oyuna daxil edilən Portuqaliya “Maritimo”sunun hücumçusu hər iki görüşdə 30 dəqiqə meydanda olub.

 

Mali ilə oyundan sonra Joelin halı pisləşib. Xəstəxanaya çatdırılan futbolçu müayinədən keçirildikdən sonra ürəyində problem aşkarlanıb. Onun əməliyyat masasına uzanmalı olduğu üzə çıxıb. Beləcə, “Qarabağ”ın bütün məsələlərdə ortaq məxrəcə gəldiyi və Kamerun Millətlər Kubokundadı çıxışı başa çatdıqdan sonra dərhal rənglərinə qatacağı forvardın keçidi baş tutmayıb.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB