TOP 10

Stadnik və Qəmbərova Avropa Oyunlarının finalında

Güləş
Tarix: 2019-06-27 21:10

Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün son 4 qadın güləşçimiz mübarizəyə qoşulub. 

 

Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Yığmamızın lideri Türkiyə güləşçisinə də şans verməyərək finala adlayıb.

 

Alyona Kolesnik yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına məğlub olub. Rəqibin finala çıxması Kolesnikə təsəlliverici görüşdə iştirak imkanı verib.

 

Elmira Qəmbərova ilk mərhələdə Almaniya təmsilçisinə qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən yolundan kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Elis Manolovanın Avropa çempionatının finalında məğlub etdiyi Rumıniya təmsilçisiylə qarşılaşan Qəmbərova bu görüşdən də üzüağ çıxaraq finalda yerini təmin edib.

 

Səbirə Əliyeva üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən Əliyeva adını yarımfinala yazdırıb. Ancaq alman idmançıya müqavimət göstərə bilməyən Səbirə ümidini bürünc medala bağlayıb.

 

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyunun 28-də keçiriləcək.

 

50 kq
1/4 final - Mariya Stadnik - Anna Lukasiak (POL) 10:0
1/2 final - Mariya Stadnik - Evin Demirhan (TUR) 6:1
FİNAL - Mariya Stadnik - Oksana Livaç (UKR)

57 kq
1/8 final - Alyona Kolesnik - Ramona Qalambos (HUN) 10:0
1/4 final - Alyona Kolesnik - Mimi Xristova (BUL) 0:6
Təsəlliverici görüş - Alyona Kolesnik - Françeska İndelikato (İTA)

62 kq
1/8 final - Elmira Qəmbərova - Luzi Manke (GER) 4:0
1/4 final - Elmira Qəmbərova - Katarjina Madrovska (POL) 9:0
1/2 final - Elmira Qəmbərova - Krişta İnçe (ROU) 4:1
FİNAL - Elmira Qəmbərova - Yuliya Tkaç (UKR)

76 kq
1/8 final - Səbirə Əliyeva - Aykaterinierini Pitsiava (GRE) 9:0
1/4 final - Səbirə Əliyeva - Georgina Neltorpe (GBR) 8:2
1/2 final  Səbirə Əliyeva - Rafadelt Fransi (GER) 1:11
Bürünc medal görüşü - Səbirə Əliyeva

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB