TOP 10

Azərbaycan millisində zədə şoku - final görüşünə çıxmayacaq

Güləş
Tarix: 2019-06-27 18:49

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının güləşçisi Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək. Sport24.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun dünən yarımfinalda dizindən zədə almasıdır. 
 

Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Bu isə o deməkdir ki, pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq.


Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB