TOP 10

İki boksçumuz yarımfinalda

Boks
Tarix: 2019-06-26 23:23

Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci Avropa Oyunlarında boks yarışları üzrə 1/4 final döyüşləri keçirilib. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının üç boksçusu rinqə çıxıb.
 

69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor kosovolu Patriot Behramini sınağa çəkib. Olimpiya mükafatçısı olan boksçumuz rəqibinə 5:0 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb. Boksçumuz bununla həm də Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.


2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan təmsilçimiz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.


81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges də növbəti döyüşdə qüvvəsini sınayıb. O, yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn A.Dominges bu dəfə də rinqdən qələbə ilə ayrılıb. O, rəqibini 5:0 hesabı ilə yenib. 


Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Bu qarşılaşma da iyunun 28-də baş tutacaq.


Azərbaycan yığmasının daha bir üzvü yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Dünya çempionumuz 2:3 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB