TOP 10

Əliyevlə Hacıyev Avropa Oyunlarının finalında!

Güləş
Tarix: 2019-06-26 22:05

Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci Avropa Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizəyə start verib.


Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb. Titullu idmançımız daha sonra yerli pəhləvana çətinliklə də olsa, qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz növbəti dəfə əzmkar qələbəyə sevinərək adını finala yazdırıb.


Nurməhəmməd Hacıyev ilk mərhələdə çətinlik çəkmədən polşalı rəqibini yolundan kənarlaşdırıb. Təmsilçimiz 1/4 finalda gürcü həmkarını da üstələyərək yarımfinala vəsiqə qazanıb. Ukrayna idmançısı üzərində də inamlı qələbə qazanan Hacıyev də finala adlayıb.


İrina Netreba üçün start uğursuz olub. Yığma üzvü debütdə isveçli dünya və Avropa çempionuna uduzub.


Qeyd edək ki, bu çəkilərdə həlledici qarşılaşmalar iyunun 27-də axşam seansında keçiriləcək.


Sərbəst güləş


65 kq
1/8 final - Hacı Əliyev - Valodya Franqulyan (ARM) 6:0
1/4 final - Hacı Əliyev - George Koliev (BLR) 7:5
1/2 final - Hacı Əliyev - Hor Oqannesyan (UKR) *4:4
FİNAL - Hacı Əliyev - Vladimir Xinceqaşvili (GEO)


97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Radoslav Baran (POL) 8:0
1/4 final - Nurməhəmməd Hacıyev - Elizbar Odikadze (GEO) 7:3
1/2 final - Nurməhəmməd Hacıyev - Murazi Mçedlidze (UKR) 7:0
FİNAL - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (RUS)


Qadın güləşi


68 kq
1/8 final - İrina Netreba - Cenni Fransson (SWE) 1:3

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB