TOP 10

“Sumqayıt”da ispan məşqçi - RƏSMİ

Futbol
Tarix: 2019-06-26 17:30

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, UEFA “A” kateqoriyalı məşqçi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB