TOP 10

“Qəbələ”dən “Sabah”a – RƏSMİ

Futbol
Tarix: 2019-06-26 17:06

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi “Qəbələ”dən Bəhlul Mustafazadəni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

“Qəbələ”nin yetirməsi olan Bəhlul peşəkar karyerasında bu komandadan başqa, “Sumqayıt”ın uğurları üçün də çalışıb. Mustafazadə ötən mövsüm “Qəbələ”də çıxış edib.

 

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB