TOP 10

"Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”

Futbol
Tarix: 2019-06-26 13:42

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” yoxlama oyununda “Beroe” klubuna məğlub olub. Sport24.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev, 0:4 hesabı ilə məğlub olduqları oyunla bağlı klubun saytına fikirlərini bildirib:

 

“Toplanış çərçivəsində ikinci oyunumuz idi. Bildiyiniz kimi, təcrübəli futbolçularımızın bir neçəsi təlim-məşq toplanışına gec qoşulublar. Ona görə, hələ tam formalaşa bilməmişik. Bolqarıstan komandaları bizdən fərqli olaraq, hazırlığın son mərhələsindədirlər, bizdən daha hazırlıqlıdırlar.

 

Bu oyunda qol epizodlarımız çox oldu, hesab daha fərqli ola bilərdi. İkinci hissədə futbolçular nə qədər səy göstərsələr də, rəqibin qapısından topu keçirə bilmədilər. Lakin futbolçularımızın bəzi səhvlərindən rəqib komanda yararlandı və qalib gəldi. Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB