TOP 10

“Fənərbaxça”da ayrılıq

Dünya Futbolu
Tarix: 2019-06-26 16:30

Türkiyənin “Fənərbaxça” klubu Mehmet Topalla yolları ayırıb. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.


Məlumatda 2012-ci ildən bu klubun uğurları üçün çalışan futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.


Türkiyə yığmasında 80-dən çox oyun keçirmiş Mehmet Topal, “Dardanelspor”un yetirməsidi. O, 2006-cı ildə bu klubdan “Qalatasaray”a transfer olunub. 2010-cu ildə isə “Qalatasaray” onu İspaniyanın “Valensiya” klubuna satıb. İki mövsümlük İspaniya karyerasından sonra o, 2012-ci ildə “Fənərbaxça”ya qayıtmışdı.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB