TOP 10

“Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

Futbol
Tarix: 2019-06-26 19:46

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, “ağ-qaralar” ikinci sınağında Rumıniyanın “Politexnika İaşi” klubu ilə qarşılaşıb. 


Amma “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydançasında keçirilən qarşılaşma hava şəraiti səbəbindən yarıda qalıb. Belə ki, güclü duman səbəbindən hakimlər oyunu 11-ci dəqiqədə dayandırmaq məcburiyyətində qalıblar.


“Neftçi” ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq “ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.


Yoxlama oyunu
26 iyun


Neftçi – Politexnika İaşi 0:0


Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36. Mamadu Kane.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 10. Dario Federiko, 18. Tural Axundov, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 33. Turan Vəlizadə, 37. Vüsal Əsgərov, 47. Əsgər Hüseynov, 80. İsmayıl Zülfüqarlı, 85. Şöhrət Yusifov.

22 Iyul 2019
21 Iyul 2019
B.eÇ.aÇC.aCŞB