TOP 10

“Barselona”dan “Everton”a - RƏSMİ

Dünya Futbolu
Tarix: 2019-06-26 11:00

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniya çempionu “Barselona”nın yarımmüdafiəçisi Andre Qomeşi transfer edib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 


Premyer Liqa təmsilçisi ispan yarımmüdafiəçinin transferi qarşılığında Kataloniya klubuna 22 milyon funt-sterlinq təzminat ödəyib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.


Qomeş son mövsümü icarə əsasında məhz "Everton"da keçirib. 29 oyuna 1 qol vuran futbolçu 2 məhsuldar ötürmə müəllifi də olub.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB