TOP 10

Mahir Əmiraslanov dünya çempionuna qalib gəlib finala çıxdı

Güləş
Tarix: 2019-06-26 01:31

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.

 

Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı son dünya çempionu Zaur Uquyevlə qarşılaşan Əmiraslanov əzmkar qələbə fonunda finala vəsiqə qazanıb.

 

Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib. Soner Demirtaşın finala yüksəlməsi Hacıyevə təsəlliverici görüşə çıxmaq imkanı verib.


Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Ancaq finalın bir addımlığında Rusiya idmançısına uduzan Qostiyev ümidini bürünc medala bağlayıb.

 

Camaləddin Məhəmmədov 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. 

 

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyunun 26-da keçiriləcək. 

 

57 kq
1/8 final - Mahir Əmiraslanov - Georgi Vangelov (BUL) 6:5
1/4 final - Mahir Əmiraslanov - Vladimir Yeqorov (MKD) 4:0
1/2 final - Mahir Əmiraslanov - Zaur Uquyev (RUS) 3:2
FİNAL - Mahir Əmiraslanov - Stevan Miçiç (SRB)

74 kq
1/8 final - Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) 3:4
Təsəlliverici görüş - Hacımurad Hacıyev - Kirillos Binenmpaum (GRE)

86 kq
1/8 final - Aleksandr Qostiyev - Deniv Balaur (MDA) 7:1
1/4 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 6:2
1/2 final - Aleksandr Qostiyev - Dauren Kuruqliev (RUS) 3:6
Bürünc medal görüşü - Aleksandr Qostiyev - Miles Nazem Amin (SMR) / Zbiqniev Baranovski (POL)  

125 kq
1/8 final - Camaləddin Məhəmmədov - Vitali Piasniak (BLR) 6:0
1/4 final - Camaləddin Məhəmmədov - Daniel Ligeti (HUN) 6:5
1/2 final - Camaləddin Məhəmmədov - Givi Matçaraşvili (GEO) 2:4
Bürünc medal görüşü - Camaləddin Məhəmmədov - Jere Heyno (FİN) / Rares Çintoan (ROU)

22 Noyabr 2019
21 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB