TOP 10

Qurban Qurbanov komandasının mübarizəsindən razı qalıb: "Oyundan oyuna daha yaxşı performans göstərəcəyik"

Futbol
Tarix: 2019-06-25 22:26

Bu gün "Qarabağ" Avstriyada ikinci yoxlama oyununda Rumıniyanın "Krayova" klubuyla 0:0 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov klubunun rəsmi saytına oyun haqda fikirlərini bildirib: "Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq. 3 gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komandaydı". 

 

Xatırladaq ki, ilk sınaq matçında Bolqarıstan "Ludoqorets"inə 0:1 hesabıyla uduzan "Qarabağ"ın növbəti qarşılaşması iyunun 28-də Rusiya Premyer Liqa təmsilçisi "Ufa"yla olacaq. 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB