TOP 10

Jezniçak polşalılara Qurban Qurbanovun özəlliklərindən danışdı: "Qarabağ"ın məşqində kiçik bir oyunda kim qalib gəlsəydi, əlində yüz manat olacaqdı"

Futbol
Tarix: 2019-06-25 18:41

"Qarabağ"ın mövsüm bitən kimi yollarını ayırdığı, Plotsk "Visla"sına keçən polşalı müdafiəçi Yakub Jezniçak vətənində weszlo.com saytına müsahibə verib. Sport24.az həmin müsahibəni ixtisarla təqdim edir.

 

- Bakıda başınız sakit idi?
- Hə, orada demək olar ki, sarı mətbuat yoxdu. Əlbəttə, yerlilər kimi xarici görkəmim olmadığım üçün insanlar onlarla şəkil çəkdirməyimi xahiş edir, bəzən isə maşına yaxınlaşaraq, formamı onlara verməyimi istəyirdilər. Məsələn, ötən il Çempionlar Liqasının təsnifat mərhələsinin "Kukesi" ilə oyunundan sonra belə olmuşdu. Azarkeşlər inadkar idilər, ancaq hər şey qaydalar çərçivəsində idi. Bakıda hansısa paparatsi kamera ilə sizi izləyib, mağzada və ya hovuzda şəklinizi çəkməyəcək. Hətta deyərdim ki, məşhurlar tətil vaxtı ora getsinlər. Çünki orda tam sakitlikdi. heç kim onları narahat etməyəcək.

 

- Deməli, siz heç bir təhlükə olmadan şəhərə çıxa bilərdiniz ki, baş məşqçi səhər qəzetdə sizin fotonuzu görməyəcək?

- Baş məşqçi Qurban Qurbanovun hər yerdə gözü və qulağı vardı. Ona görə də bunu etməsən daha yaxşı idi (gülür). "Qarabağ"da bir oğlan da var, çox istedadlıdı, Mahir Mədətovdu (hazırda Mahir Emreli-müəllif.) Zarafat edirdik, çünki sanki Qurbanovun oğlu idi. Baş məşqçi ona çox diqqət göstərirdi. Ancaq səhvi olanda da sərt şəkildə cəzalandırırdı. Mahir nəsə səhv edəndə Qurbanovun mütləq bundan xəbəri olurdu. Ona görə də bir neçə dəfə gecəni bizimlə klubun bazasında keçirməli olub.

 

- Baş məşqçi hər şeyə nəzarət etməyi xoşlayırdı?

- Bunu bir dəfə ötən ilin yazında baletə gedəndə başa düşdüm. Dərhal  xəbəri olmuşdu. Yadımdadır, oyunların birindən sonra bizə demişdi ki, gecə hamı evində olmalıdır. Şoka düşmüşdüm. Onda elə də önəm vermədim. Ancaq gecəyarı komanda istirahətdə olanda "WhatsApp"dakı qrupumuza yazmışdı ki, hamı hazırda olduğu yeri bura qeyd etsin. Bu, bəzu uşaqların bir az gülüşünə səbəb oldu. Onlar bayramlardan sonra bir neçə fotolar göndərməyə başladılar: Donald Gerye Haitidən, mən isə Varşavadan. Onsa əlavə etdi ki, hansı yerdə olduğumu göstərsinlər. Ancaq bu, cəmi bir dəfə olmuşdu. Sonra onunla söhbətləşərək dedik ki, böyük insanlarıq və bu yanaşmanın bir az sərtdi. Ümumiyyətlə, Qurbanov çılğın insanları sevmir. Həmişə deyirdi ki, sakit olun. Sən heç kimə qəzəblənə, ucadan qışqıra, kiminsə üzərinə gedə bilməzsən. Hətta bir dəfə oyunumu tribunadan izləyən dostlarım soruşmuşdular ki, sənə nə olub. Çünki artıq hakimin üstünə qaçmırdım, qərarları müzakirə etmirdim. Məsələn, "Legiya"da bu planda tam başqa cür idi. 

 

- Sizi də bazada yaşadığınıza görə cərimələmişdilər?

- Xoşbəxtlikdən yox (gülür)

 

- Azərbaycanda cərimələrlə yanaşı, yaxşı bonuslar olduğunu bilirik...

- Bilirsiniz, qələbə qazandığımız oyunlara görə əla mükafat alırdıq. Hərdən baş məşqçi bizi motivasiya edirdi. Məsələn, məşqdə kiçik bir oyunda kim qalib gəlsəydi, əlində yüz manat olacaqdı. Bu da maraqlıdı ki, mükafat oyundan dərhal sonra yox, növbəti matça bir gün qalmış verilirdi. Klubun sahibi hesab edirdi ki, ki, bunun sayəsində matç günü əla əhval-ruhiyyədə olacağıq.

 

- Bəs Azərbaycanda fan-klublar necədir?

- Fanatlar arasında qarşıdurma ümumiyyətlə, yoxdu. Polşa ilə müqayisəyə belə gəlməz. Maraqlısı odur ki, "Neftçi" üzərində qələbədən sonra çılğın şəkildə sevinməyimiz baş məşqçinin xoşuna gəlmirdi. Çünki o, uzun illər həmin komandada çıxış edib, bu kluba çoxlu töhvə verib. 

 

- Premyer Liqada çıxış edən klubların yarıdan çoxu Bakını təmsil edir. Ən uzaq səfəriniz Qəbələyə olurdu, elədi?

- Hə, Qəbələ dağların arasında kiçik bir şəhərdir. Zakopane kimidi (Polşada kurort şəhərciyidi-müəllif). Gəncədən "Kəpəz" də var idi. Amma bu komanda son mövsümdə Premyer Liqada çıxış etmədi. "Sumqayıt" Bakıdan elə də uzaq olmayan şəhəri təmsil edir. "Neftçi", "Səbail", "Zirə" də paytaxt klublarıdır. "Keşlə" Bakının mərkəzində yerləşir. Əslində yalnız Qəbələ real səfər sayılırdı.Onlarla oyuna gedərkən bütün uşaqlar deyirnirdi, çünki avtobusla 3 saat yol getmək lazım gəlirdi (gülür).

 

- "Qarabağ"dakı karyeranıza baxıram, çempionat oyunlarında elə də çox meydana çıxmamasınız...

- Bu, legioner limiti ilə bağlıdır. Meydançada 5 azərbaycanlı futbolçunun olması şərtdir. Hücum xətti isə əsasən legionerlərdən qurulmuşdu. Ötən il "Vellinqton" kluba keçmək təklifim vardı, orda Mixail Kolçinski çıxış edirdi. Ancaq pulu az təklif edirdilər. Həm də itlə bağlı problem, hansısa karantin vardı. Sonda ingiltərəli Stiven Teyloru seçdilər, hansı ki uzun illər "Nyukasl"da çıxış edib. 

 

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB