TOP 10

"Keşlə"dən Latviya klubuna - Azərbaycan Kubokunun qalibi onu təqdim etdi

Futbol
Tarix: 2019-06-25 19:00

"Keşlə"nin mövsüm bitən kimi yollarını ayırdığı litvalı futbolçu Edvinas Gvirdainis karyerasını Latviyada davam etdirəcək. Sport24.az xəbər verir ki, millisinin də üzvü olan 26 yaşlı mərkəz müdafiəçisi hazırda çempionatda 2-ci yerdə RFS klubuna keçib.

 

Riqa təmsilçisi yeni transferini artıq təqdim edib. Bunu RFS-in idman direktoru, futbolsevərlərimizə yaxşı tanış olan tanınmış latviyalı futbolçu Maris Verpakovskis edib. Keçmiş hücumçu 2012-ci ildə "Bakı"nın heyətində Azərbaycan Kubokunun qalibi olub. Edvinasın agenti də vaxtilə ölkəmizdə legioner yaşayıb. Bu, "İnter"in litvalı keçmiş müdafiəçisi Paulius Pakisdi.  

 

Xatırladaq ki, Gvirdainis ötən mövsüm "Keşlə"də 18 matç keçirib. 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB