TOP 10

Milli komandada ciddi itki

Dünya Futbolu
Tarix: 2019-06-25 16:00

Futbol üzrə Peru milli komandası ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, yığmanın futbolçusu Cefferson Farfan zədələnib. 


Bu barədə Peru Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Farfan, Peru millisinin Amerika kubokundakı qalan matçlarında iştirak edə bilməyəcək.


34 yaşlı yarımmüdafiəçinin sağalma prosesinin 6-8 ay çəkəcəyi bildirilir.


Peru millisi Amerika kubokunun 1/4 final mərhələsinə yüksəlib. Komanda bu mərhələdə Uruqvay yığması ilə qarşılaşacaq.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB