TOP 10

Super Liqa təmsilçisindən Liqa 1 klubuna

Dünya Futbolu
Tarix: 2019-06-25 15:23

Fransanın “Tuluza” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi Türkiyənin “Antalyaspor” klubunda forma geyinən Uilyam Vankeri heyətinə qatıb. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.


Fransalı futbolçu “Tuluza”ya icarəyə verilib. “Antalyaspor”la 2020-ci ilin yayına kimi müqaviləsi olan yarımmüdafiəçi Fransa klubu ilə də 1 illik icarə müqaviləsi imzalayıb.


Vanker 2017/18 mövsümünün əvvəlində “Roma”dan “Antalyaspor”a transfer olunmuşdu. O, geridə qalan mövsümün qış fasiləsində Fransanın “Monako” klubuna icarəyə verilmişdi. 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB