TOP 10

Millimizin futbolçusu ən yaxşılar arasında

Dünya Futbolu
Tarix: 2019-06-25 13:37

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 15-ci turu çərçivəsində keçirilmiş “Okjetpes”lə matçda (2:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Emil “Okjetpes”lə görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.


“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Caba Kankava və Fernander Kassay seçilib.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB