TOP 10

"Qəbələ"də köhnə-yeni məşqçi - ukraynalı qardaşları əvəzləyən

Futbol
Tarix: 2019-06-25 12:56

"Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi ukraynalı qapıçılarla işləyən məşqçi Alekasndr Qluşenkonu yerli mütəxəssislə əvəzləyib. Bu, "qırmızı-qaralar"a yaxşı tanış olan Vüqar Məmmədovdu.

 

"Qəbələ" bunadək əvəzedici, U-19 komandasında işləmiş bu təcrübəli mütəxəssisi yenidən qaytarıb. Belə ki, Məmmədov hələ Roman Qriqorçuk baş məşqçi olanda 6 ay - 2015/16 mövsümün ikinci yarısında əsas komandada işləyib. Bu, Aleksandr Qluşenkonun böyük qardaşı Andreyin ailə vəziyyəti ilə əlaqədar klubdan ayrılaraq Vətəninə dönməsindən reallaşıb. Həmin mövsüm bitəndən sonra "Qəbələ" Andrey Qluşenkonum kiçik qardaşını dəvət edərək 3 il onun xidmətindən yararlandı. Ötən mövsüm bitəndən sonra isə klub əcnəbilərinin demək olar hamısıya yollarını ayırdı ki, Aleksandr da başa çatan müqaviləsi uzadılmayanlar sırasında yer aldı. 

 

Qeyd edək ki, Sənan Qurbanovun başçılıq etdiyi "Qəbələ"nin məşqçilər korpusu artıq bütün yerlilərdən ibarət olub. Gənc mütəxəssisin digər köməkçiləri Elmar Baxşıyevlə Zaur Həşimovdu. Baxşıyev "Qəbələ"ni əvəzedicilərini çalışdıranda Məmmədovla birgə işləyib. 

 

 

 

18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB