TOP 10

"Səbail" bu dəfə bolqarlara darmadağın oldu

Futbol
Tarix: 2019-06-25 20:49

"Səbail"in Bolqarıstanın Bansko şəhərindəki təlim-məşq toplanışında ikinci yoxlama matçı bu gün olub. Sport24.az xəbər verir ki, Avropa Liqasında təmsilçimiz yerli "Beroe"ylə görüşüb. 

 

Aftandil Hacıyevin komandası hər hissəsə 2 cavabsız qol buraxaraq böyük hesabla uduzub - 0:4.

 

Xatırladaq ki, "Səbail" ilk qarşılaşmasında Bolqarıstanın digər təmsilçisi - Plovdov "Lokomotiv"iylə üzləşərək 0:1 hesablı məğlubiyyət alıb. 

 

Yoxlama matçı

25 iyun

19:00. "Səbail" - "Beroe" (Bolqarıstan) - 0:4

 "Səbail": 85. Daniel Bojinovski, 3. Turan Manafov, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Dilan Duventru, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov

 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Maykl Essyen, 9. Bilal Həmdi, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 20. Eltun Yaqublu, 88. Orxan Qurbanlı

 

Oyun başladı.  

Rəqib 29-cu dəqiqədə hesabı açdı.

"Səbail" 37-ci dəqiqədə 2-ci qolu buraxdı. 

İlk hissə bitdi. Təmsilçimiz fasiləyə hesabda 0:2 geridə yollandı.

 

İkinci 45-ci dəqiqə başladı. 

İkinci hissənin ortasında "Beroe" 3-cü dəfə "Səbail"in qapısına yol tapır. 

Bolqarlar sona 5 dəqiqə qalmış 4-cü qolu vurur. 

Mtaç bitdi. 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB